Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

-

Tayvanın yeni prezidenti qonşu Çinlə «müsbət dialoq»a çağırıb. Onun sözlərinə görə, Tayvan iki ölkə arasında sülh və sabitliyin saxlanmasında «məsuliyyətli rol» oynayacaq.

Ölkənin ilk qadın prezidenti olan Tsai Ing-wen mayın 20-də andiçmə mərasimindən sonra deyib ki, Tayvan sülhü qoruyacaq, Çinlə sülh və sabitliyin saxlanmasına çalışacaq.

Tsai və partiyası heç vaxt Pekinin «vahid Çin» mesajını dəstəkləməyib. Ondan əvvəlki prezident Ma Ying-jeou isə səkkiz illik hakimiyyəti dövründə ikitərəfli münasibətləri isidə bilmişdi.

Tayvan Çindən 1949-cu ildə ayrılıb, ancaq Çin hələ də onu öz ərazisi sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG