Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

“İranla biznes qurmaqdan çəkinməyin”


İran neftini İspaniyaya çatdıran tanker, mart, 2016-cı il

İran neftini İspaniyaya çatdıran tanker, mart, 2016-cı il

-

İranla nüvə razılaşması əldə etmiş Qərb dövlətləri özəl biznesə müraciət edərək onları İslam Respublikasıyla qanuni biznes qurmaqdan çəkinməməyə çağırıb. İrana beynəlxalq sanksiyalar yanvarda qaldırılıb.

Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və Avropa Birliyi mayın 19-da yaydıqları bəyanatda deyirlər ki, Tehran sanksiyaların yüngülləşdirilməsinə layiqdir.

“Avropa banklarının və şirkətlərinin İranla yenidən işləməsi də buraya daxildir”, Brüssel danışıqlarından sonra verilmiş birgə bəyanatda deyilir.

Qrup əlavə edir ki, “İranla icazəli biznes fəaliyyətinin yolunda durmayacaq”.

Nüvə sazişinə görə, İran beynəlxalq sanksiyaların yumşaldılması əvəzində nüvə proqramını məhdudlaşdırmağa razılaşıb. Ancaq Vaşinqton hələ də Tehrana bəzi sanksiyaları saxlayır, bunu İranın Yaxın Şərqdə silahlı qrupları dəstəkləməsilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG