Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

İŞİD-dən daha bir şəhəri aldılar


İraq qüvvələri Rutba şəhərində, 19 may, 2016-cı il

İraq qüvvələri Rutba şəhərində, 19 may, 2016-cı il

-

İraq ordusu bildirir ki, ölkənin qərbində yerləşən Rutba şəhərinə nəzarəti İslam Dövləti (İŞİD) silahlı qruplaşmasından geri alıblar.

Məlumata görə, antiterror qüvvələri ABŞ koalisiyasının hava zərbələrinin dəstəyilə Bağdaddan 360 km qərbdə yerləşən bölgəni “tamamilə azad ediblər”.

Ənbər vilayətində yerləşən bu şəhərin alınması əməliyyatı 3 gün öncə başlanmışdı.

Koalisiya sözçüsü, polkovnik Steve Warren İŞİD-in Rutbada “yüngül” müqavimətinin qaldığını, ancaq iraqlıların düşmən qüvvələrini təmizləməkdə olduğunu bildirib.

İŞİD 2014-cü ilin iyununda İraqda və Suriyada böyük ərazilər tutub, daha sonra Ənbərdə irəliləyib.

Müttəfiq qüvvələri ötən ay Hit şəhərini, fevralda isə Ramadini azad etdiklərini bildiriblər.

XS
SM
MD
LG