Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:16

Azərbaycanda orta ömür


Ahıllar
Ahıllar

-

Azərbaycanda kişilərin orta ömrü 69.6, qadınlarda isə təqribən 76 ildir.

«Report» bu xəbəri BMT baş katibinin rəsmi nümayəndəsi Stéphane Dujarric-in çıxışına istinadən yayıb.

S.Dujarric-in deməsinə görə, 2000-ci ildən bu yana dünyada gözlənilən orta ömür uzunluğu 5 il artıb və ötən il doğulan uşaqlar üçün bu, 71 ilə çatıb.
S.Dujarric bildirib ki, insanlar daha çox Yaponiya və İsveçrədə, ən az isə Syerra-Leonedə yaşayırlar.

«Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada gözlənilən orta uzunömürlülük həddinin 2000-ci ildən 5 il artdığını bildirir. Bu, 1960-cı ildən ən kəskin artımdır», - deyə o bildirib.

BMT rəsmisinin bildirməsinə görə, qlobal göstəricilərə əsasən, 2015-ci ildə anadan olan uşağın gözlənilən orta ömür müddəti 71.4 il təşkil edəcək.
Qızlar 74 il, oğlan isə təqribən 69 il yaşaya bilər.

Eyni zamanda ÜST ekspertləri real göstəricinin insanın nə dərəcədə əlverişli ölkədə dünyaya gəlməsindən asılı olduğuna diqqət çəkirlər.

S.Dujarric-in dediyinə görə, qadınların ən yüksək orta uzunömürlülük səviyyəsi Yaponiyada (86.8 il), kişilərdə isə İsveçrədə (81.3) qeydə alınıb. Ən qısa ömür Syerra-Leonedədir - qadınlarda 50, kişilərdə 49 yaş.

XS
SM
MD
LG