Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:26

Təyyarənin axtarışları davam edir


Qəzaya uğramış EgyptAir təyyarəsi, arxiv fotosu

Qəzaya uğramış EgyptAir təyyarəsi, arxiv fotosu

-

Mayın 19-da səhər tezdən Aralıq Dənizi üzərində radardan itmiş Misir təyyarəsinin axtarışları davam edir. Misir təyyarənin terror hücumuna məruz qalmasını istisna etməyib.

EgyptAir təyyarəsində cəmi 66 nəfər olub.

Yunanıstan rəsmiləri dənizdə “üzən material” və təhlükəsizlik jiletləri tapdıqlarını bildiriblər. Mayın 19-da hava şirkətinin vitse-prezidenti isə CNN-ə deyib ki, təyyarənin qalıqları tapılıb. Ancaq axşama doğru EgyptAir-in vitse-prezidenti Ahmed Adel CNN-ə söyləyib ki, qalıqlar tapılmayıb, axtarışlar davam edir.

Yunanıstan rəsmilərinin sözlərinə görə, təyyarə Misirin hava məkanına təxminən 20 kilometr girdikdən sonra 90 dərəcə sola, sonra isə 360 dərəcə sağa dönüb.

Radarlar təyyarəni sonuncu dəfə 3 min metr hündürlükdə qeydə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG