Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Türkiyə prezidenti Rəcəb Tayyib Erdogan mayın 19-da getməkdə olan baş nazir Ahmet Davutoglu ilə görüşüb.

Bundan əvvəl hakim “Ədalət və İnkişaf Partiyası” nəqliyyat naziri Binali Yıldırımın partiyanın başqanı olacağını elan edib.

Bu o deməkdir ki, o həmdə ölkənin yeni baş naziri seçiləcək.

Partiyanın mayın 22-də keçiriləcək qurultayında onun bu vəzifələrə təyinatı barədə rəsmi açıqlama veriləcək.

Davutoglu mayın əvvəllərində partiya liderliyi və baş nazir vəzifəsindən gedəcəyini elan edib.

Onunla prezident Erdogan arasında fikir ayrılığı olduğu bildirilir.

Racep Tayiip Erdogan ölkədə prezident üsul-idarəsi tətbiq etməyə hazırlaşır.

Müxalifət onu monarxiya sistemi qurmağa cəhddə ittiham edir. Hazırda Türkiyədə parlament sistemidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG