Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:07

Mayakovsky. Bu ulduzlar yəqin kiməsə lazımdı


Vladimir Mayakovsky
Vladimir Mayakovsky

-

Qulaq asın!

Bu ulduzları belə

hər gecə

neyçün yandırırlar?

Yəqin kiməsə lazımdı

Yəqin yanmalarını istəyən kimsə var

və yəqin kimsə

bu vəlğəm parçalarına

inci deyib sayıqlayır

və minib bir günorta toz burulğanına

Tanrı qatına qalxır

gecikmək qorxusu ürəyində

ağlayır,

öpür onun qüvvətli əlindən,

yalvarır -

ki mütləq olsun ulduzlar

yaxarır -

ki çox dözməz bu əzabla

və sonra gedir

içi təlatümlü

üzdən sakit görünməyə çalışaraq.

Kimsə soruşur ondan:

"Yaxşı oldunmu? Qorxmursan ki daha, hə?"

Qulaq asın!

bunları ki hər gecə yandırırlar

yəqin kiməsə lazımdırlar

yəqin şərtdir ki

hər gecə

damların üstündə

bir

bircə ulduz da olsa yansın?!

XS
SM
MD
LG