Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09

-

“Hesab etmirik ki, dünyanın hansısa hissəsi bu və ya digər resursun yeganə tədarükçüsündən asılı olmalıdır. Cənubi Amerikada da elə ölkələr var ki, bir tədarükçünün yanacağından asılıdır. Onlara şaxələndirmədə kömək etməyə çalışırıq. Avropa Rusiyadan enerji almaqda davam etməli, amma o, bazarda yeganə tədürükçü olmamalıdır. Bir tərəfdaşdan 100 faiz asılılıq iqtisadi, kommersiya və siyasi cəhətdən perspektivsizdir”.

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi nümayəndəsi və koordinatoru Amos Hokstayn yeni təməli atılan Trans-Adriatik Qaz Kəmərinin (TAP) önəmi barədə danışarkən “İnterfaks”a belə deyib.

O, ölkəsinin Avropanın Rusiyanın enerji resurslarından asılılığını niyə zəiflətmək istədiyini və şaxələndirmənin dünyaya nə verəcəyini açıqlayıb.

Azərbaycan qazı Rusiya qazına rəqib olacaq

“Bolqarıstan və Serbiya qazın hamısını Rusiyadan alır. Biz istərdik ki, rəqabət olsun. Çox yaxşıdır ki, Azərbaycan qazı Rusiya qazına rəqib olacaq. Hesab edirik ki, yeni texnologiyaların üstünlüyndən istifadə edilməldir. Əmin olmalıyıq ki, maye qaz da Avropa bazarına çıxış əldə edəcək. İsrail, Misir, Qətər, Avstraliya, ABŞ qazı ilə rəqabət olacaq. Yəni, azad bazardan danışıram. Bu vaxt Rusiya qazı başqaları ilə rəqabətə girəcək. Əgər qazı 100 faizi bir mənbədən alırıqsa, amma başqa mənbədən də almaq imkanı varsa, bu, yaxşıdır. İndi qitənin bir çox ölkələri çətin vəziyyətdədir, onların seçim imkanı, qiymət və tədarük şərtlərini müzakirə imkanı yoxdur. Bu zaman inhisarçının Damokl qılıncı alıcı ölkənin baş üzərində dayanır», - deyə O,bildirib.

Siyasətsiz kommersiya

“ABŞ niyə «Qazprom»a «Şimal axını -2» layihəsində mane olur?” sualına cavab olaraq A.Hokstayn deyib ki, bu fikirlə razı deyil. Bu ideyanı bazarın tələbatı diktə edir:

“Çünki Ukraynadan qaz nəqli üçün infrastruktur var. Bundan başqa, «Şimal aıxını -1» cəmi 70 faiz doldurulub. Ona görə $12 mlrd qiymətində yeni kəmər kommersiya cəhətdən sərfəli görünmür. Ukraynadan Almaniyaya qaz infrastrukturunu təkmilləşdirmək lazımdır.Bunun əvəzinə,Avropa üçün Rusiya qazının 80 faizinin təkcə Almaniyada cəmlənməsi enerji təhlükəsizliyi və iqtisadi təhlükəsizlik cəhətdən mənasızdır”.

Başqa yolla

Amerikalıların nədən Azərbaycandan Avropaya qaz tədarükü dəhlizini (TANAP və ТАР) müdafiə etməsi barədə suala cavab olaraq Amos Hokstayn deyib:

«Beləliklə, yeni mənbələrdən yeni qaz rəqabət yaradacaq . Bu təkcə yeni mənbə deyil, həm də yeni marşrutdur. Bu layihə şaxələndirmənin yeni hissəsidir. «Şimal axını -2» eyni qazı sadəcə Ukrayanadan yox, Almaniyadan çatdırır. Cənub dəhlizi ilə qaz isə Azərbaycandan, bəlkə də, gələcəkdə Türkmənistandan çatdıracaq. Ona görə hər zaman deyirəm ki, Trans-Anadolu Qaz Kəməri ( TANAP) Türkiyədən çıxıb Yunanıstana gedəndə Trans-Adriatik Qaz Kəməri ( TAP)olacaq. Istərdim ki, Avropada maye qaz terminalları olsun. Xəzər qazı ilə də rəqabət yaradılsın. Mən maksimal qaz tədarükü imkanı, rəqabət və əlçatan qiymətlər tərəfdarıyam», - deyə o, bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG