Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:55

Avropa Liqasının finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək turnirin qalibi olan "Sevilya" yeni rekor vurub.

Belə ki, “Sevilya" bununla ardıcıl 3-cü dəfə turnirin qalibi olanilk klub kimi tarixə düşüb.

Qeyd edək ki, bundan əvvəl Madridin "Real" klubu 1985 və 1986-cı illərdə ardıcıl iki dəfə UEFA kubokunu qazanıb.

Amma "Sevilya" son üç mövsümdə uğurlu çıxışı ilə "Real"ın rekordunu yeniləyib.

Qeyd edək ki, indiyədək 5-ci dəfə Avropa Liqasının qalibi olan "Sevilya" bu uğura son 10 ildə (2006, 2007, 2014, 2015, 2016) nail olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG