Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Aralıq Dənizində, Yunanıstanın Krit sahilləri yaxınlığında ötən gecə qəzaya uğrayan Misir təyyarəsinin qalıqları aşkar edilib.

Parisdən Qahirəyə uçan Airbus 320 sərnişin təyyarəsində 56 sərnişin və 10 heyət üzvü olub.

Onlardan 3-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Qəza təyyarənin Qahirə hava limanına enməsinə təxminən 40 dəqiqə qalmış baş verib.

Yunanıstanın müdafiə naziri Panos Kammenosun sözlərinə görə təyyarə təxminən 20 kilometr Misirin hava məkanına girdikdən sonra 90 dərəcə sola, sonra isə 360 dərəcə sağa dönüb.

Məlumata görə radarlar sonuncu dəfə təyyarəni 3 min metr hündürlükdə qeydə alıb.

Sərnişinlərdən 30-u misirli, 15-i fransalı, qalanları isə, Britaniya, Belçika, Poruqaliya, Kanada, İraq, Səudiyyə Ərəbistanı,Küveyt, Sudan, Əlcəzair və Çad vətəndaşlarıdır.

Yunanıstan sakinləri havada partlayış gördüklərini deyirlər. Hazırda bu məlumat araşdırılır.

Fransa prezidenti Francois Hollande ölənlərin ailələrinə başsağlığı verib və qəzanın səbəbinin hərtərəfli araşdırılacağını vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG