Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

Türkiyənin nəqliyyat naziri Binali Yıldırım mayın 19-da hakim “Ədalət və İnkişaf Partiyası”nın mümkün vahid yeni lideri elan edilib. Bu o deməkdir ki, onövbəti baş nazir olacaq.

Binali Yıdırım son 20 ildəprezident Racep Tayyip Erdoganın yaxın tərəfdaşlarından biri hesab olunur və partiyanın mayın 22-də keçiriləcək qurultayında partiya rəhbərli və baş nazir seçiləcəyi gözlənilir.

O bu vəzifədə mayın əvvəllərində Erdoğanla fikir ayrılğı fonunda istefa vermiş Ahmet Davutoglunu əvəz edəcək.

Yeni kabinet mayın 23-də elan edilə bilər.

Hakim partiyanın yaradıcılarından olan Yıldırımın Erdoganın ölkədə prezident üsul-idarəsi yaratmaq planını dəstəklədiyi bildirilir.

Qeyd edək ki, hazırda Türkiyədə parlament sistemidir.

Müxalifət Erdoganı ölkədə monarxiya sistemi yaratmağa cəhddə ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG