Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

-

Nəsimi Rayon Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovu ev dustaqlığına buraxmayıb . Bu haqda onun vəkili Elnur Nəbiyev məlumat verib.

Report-un xəbərinə görə, hakim Babək Pənahov ilahiyyatçının həbsdə tutulmasını əsaslı hesab edib.

Vəkil bu qərardan apellyasiya şikayəti verildiyini bildirib.

Qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatına ilahiyyatçı Tale Bağırzadə rəhbərlik edir. İlahiyyatçı ötən ilin noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanıb.Həmin vaxt iki polis olmaqla yedi nəfər həlak olmuşdu. T. Bağırzadənin müavini E. Qasımov isə ondan əvvəl - noyabrın 5-də tutulmuşdu. Onun Sabunçu polisində saxlanması dindarların etiraz aksiyasına səbəb olmuşdu.

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə, 30 sutka inzibati məsuliyyətə cəlb olunan E. Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur. Ona qarşı əlavə ittihamların irəli sürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG