Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:35

Mayın 18-də Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun istefası tələbi ilə aksiya keçirilib.

Aksiyada minlrlə adam iştirak edib.

Qeyd edək ki, prezident ölkədə gedən iqtisadi böhran fonunda fövqalədə vəziyyət rejimini daha 60 gün uzadıb.

Müxalifət isə buna cavab olaraq ümummilli etirazlara çağırıb.

Polis və milli qvardiyanın əsgərləri dünən aksiyaçıların toplaşmaq istədiyi mərkəzi meydanı mühasirəyə alıb.

Aksiyaçılar buna görə ətrafdakı küçələri bağlayıb və toqquşma baş verib.

Polis kütləni dağıtmaq üçün gözyaşardığıcı qazdan istifadə edib: “Küçələrə çıxıb qanuni hüquqlarını müdafiə edən bu insanlara baxın. Bu hakimiyyət yalnız hərbçilərin hesabına yaşayır. Şünki ölkə sakinlərinin 80 faizi demokratiyanın tərəfdarıdır”, Mendosa adlı aksiyaçı deyir.

Müxalifət prezidentin hakimiyyətdən uzaqlaşıdırlması ilə bağlı ölkədə referendum keçirilməsini tələb edir.

Qustavo adlı aksiyaçıdəyişiklik istədiklərini deyir: “Biz qərara gəldik ki, dəyişiklik, yenilik istəyirik. Və ölkə rəhbərliyini istefaya göndərmək üçün konstitusyon haqqımız, demokratik və dinc vasitələrimiz var”.

Keçmiş prezident Çavesin davamçısı olan Nikolas Maduro 3 il bundan əvvəl prezident seçilsə də indi hər gün reytinqi düşür.

Ölkədə böyük infilyasiya baş verib, ərzaq və dərman çatışmır.

Mağazaların qarşısında böyük növələr yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG