Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini Rusiyaya qarşı sanksiyaların iyulda uzadılacağını gözləyir.

O mayın 19-da Almaniya mətbuatına müsahibəsində deyib ki, dövlət başçıları bu sanksiyaların qaldırılması üçün Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasının tam yerinə yetirilməsini tələb edirlər.

Amma biz hələ də buna nail olmamışıq.

Minsk razılaşması 2015-ci ilin fevralında imzalanıb.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Avropa Birliyi və ABŞ bu münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG