Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

-
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarı Jean-Marc Ayrault ilə görüşüb.

Xəbəri nazirliyin saytı yayıb.

Söhbət zamanı tərəflərin Vyanada Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksəksəviyyəli görüşün nəticələri ilə bağlı geniş fikir mübadiləsi apardıqları bildirilir.

Xəbərdə deyilir ki, nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığın icrasının və danışıqlar prosesinin tam bərpa olunmasının əhəmiyyətini təsdiq ediblər.

Habelə, E.Məmmədyarov Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada razılaşdırılan növbəti görüşünü təşkil etməyə hazır olmasını alqışlayıb.

Tərəflərin həmçinin, Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə etdikləri bildirilir.

E.Məmmədyarov mayın 18-də Fransaya gedib. Onun Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir ilə də görüşü nəzərdə tutulub.

Mayın 16-da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Qarabağ danışıqları ATƏT-in Minsk qrupunun vasitəsilə aparılır. Bu qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG