Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

Polis və yoldan ötən adi Alyaska sakinləri aşaraq yanan maşının sürücüsünü xilas ediblər.

Onun qolu maşının altında qaldığından çıxa bilmirmiş və ətrafdan kömək diləyirmiş.

İnsident Alyaska ştatının Ankoric şəhəri ətrafında baş verib.

Onu Mitçel Veenstra adlı yoldan ötən polis xilas edib.

O ilk olaraq köməyə atılıb və yoldan ötənləri də buna cəlb edib.

Demək olar ki, hamı riskə gedib.

Çünki maşın artıq bir neçə dəqiqə idi ki, yanırdı və benzin bakı istənilən vaxt partlaya bilərdi.

Amma sonda hamı birlikdə maşını sürüşdürə bilir və sürücü güllə kimi içərindən çıxır.

Xilasedilən sürücünün qolu sınıb və tüstüdən zəhərlənib.

Bəlli olur ki, o peşəkar yanğınsöndürəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG