Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:04

Taleh Bağırzadə ittihamları qəbul etmir


Taleh Bağırzadə
Taleh Bağırzadə

-

Həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və digər 20 nəfərlə bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaqdadır.

Vəkil Elçin Sadıqov bunu AzadlıqRadiosuna bildirib.

Vəkilin deməsinə görə, istintaq orqanı T.Bağırzadəyə qarşı yeni məzmunda yekun ittiham aktı elan edib. Amma vəkil yeni ittihamların məzmunu barədə açıqlama verməyib.

E.Sadıqov cinayət işi üzrə ibtidai istintaqın yaxın günlərdə bitəcəyini deyib. Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir.

«Taleh Bağırzadə ittihamları qəbul etmir. İttihamların hamısını uydurma və əsassız sayır», - deyə vəkil qeyd edib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyat zamanı 2 polis, 5 mülkü şəxs həlak olub.

T.Bağırzadə və tərəfdarları həbs edilib. O, Cinayət Məcəlləsinin terrorçuluq, mütəşəkkil cinayətkar dəstə yaratmaq, kütləvi iğtişaş törətmək, hakimiyyəti zorla ələ keçirmək və daha bir çox ağır maddələri ilə ittiham olunur.

Prokurorluq bildirmişdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər şəxs saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və iki nəfərə hökm oxunub. Onlar 2 il 6 ay həbs cəzası alıblar.

«Müsəlman Birliyi» Hərəkatı dövlət qeydiyyatından keçməyib.

XS
SM
MD
LG