Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Astara və Naxçıvanda torpaqlar alınacaq


Qatar
Qatar

-

Nazirlər Kabineti «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin çəkilişi ilə əlaqədar torpaqların alınmasına qərar verib.

Söhbət dəhlizin Astara rayonu ərazisinə düşən hissəsindən və Naxçıvanda tikiləcək körpünün ərazisindən gedir.

Qərara əsasən, dəhlizin Astara rayonu ərazisindən keçən hissəsində dəmiryol xəttinin tikintisi altına düşən 50.44 və dövlət mülkiyyətində olan 0.61 hektar torpaq sahəsini «Azərbaycan Dəmir Yolları» QSC alır. Eləcə də, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8.53 hektar və xüsusi mülkiyyətdə olan 41.3 hektar torpaq sahələri də alınacaq.

«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi İran -Azərbaycan-Rusiya dəmiryol xəttini nəzərdə tutur.

Bu dəmiryolun fəaliyyətə başlamasından ötrü İran tərəfi 387 km, Azərbaycan isə 9 km-ə yaxın yol çəkməlidir.

Bundan əlavə, İran və Azərbaycan dəmir yollarını birləşdirə bilməkdən ötrü Naxçıvanla İran arasında körpü salınmalıdır. Azərbaycan bu layihədə 2005-ci ildən iştirak etsə də, İrana Qərbin sanksiyaları ilə bağlı proses dayanmışdı. Qərb İran üzərindən sanksiyaları götürdükdən sonra bu sahədə fəaliyyət güclənib.

Bu il aprelin 20-də bu məqsədlə Astaraçay üzərində tikiləcək körpünün təməlqoyma mərasimi keçirilmişdi. Həmin mərasimdə hər iki ölkənin rəsmiləri iştirak edirdi.

Azərbaycanda bu vaxta qədər bir sıra layihələrlə bağlı vətəndaşların payıbəlli torpaqları alınıb. Adətən bu prosesdə qiyməti hökumət müəyyən edir. Bu da bəzən vətəndaşların narazılığı ilə müşahidə edilir. Bəzi layihələrin icrası zamanı isə bir çox vətəndaşlar onlara düşəcək kompensasiyaları ala bilmədiklərindən şikayətləniblər.

XS
SM
MD
LG