Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41

-

Martdan bəri Rusiyanın Suriyada hərbi potensialı, faktiki, dəyişməyib. Martda Rusiya qüvvələrinin əsas hissəsini çıxarmağa başladığını elan etmişdi.

Frans Pres agentliyinin məlumatına görə, Pentaqonun Bağdaddakı təmsilçisi Stiven Warren bu barədə mayın 18-də danışıb.

“Onların hərbi imkanları əvvəlki kimidir, düzünü desək, demək olar, eynidir. Hava qüvvələri var, quru qüvvələri saxlayırlar, artilleriya qüvvələri də var. Suriya rejiminə yardım göstərən xüsusi qüvvələri də var”, Pentaqonun mətbuatla əlaqələr üzrə təmsilçisi Stiven Warren deyib.

Onun sözlərinə görə, Rusiya Suriyanın Palmira şəhəri yaxınlığında müvəqqəti hərbi bazaya oxşar bir şey yaradıb, ancaq bunun da müvəqqəti, yaxud uzunmüddətli olacağını demək çətindir.

“Palmira yaxınlığında baza qurublar və tikintisini davam etdirirlər”.

Warren onu da qeyd edib ki, İslam Dövləti silahlı qruplaşması tez-tez Rusiyanın zərbələrinə məruz qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG