Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

-

Beynəlxalq Valyuta Fondunun missiyası Ukraynanın makroiqtisadi sabitliyinin bərpası yönündə ciddi irəliləyiş etdiyini bildirir. Missiya ölkəyə səkkiz günlük səfər sonunda açıqlama yayıb.

Mayın 18-də yayılan məlumata görə, missiya bildirib ki, Ukrayna hökuməti fiskal və maliyyə sabitliyinin təminatından ötrü səyləri gücləndirməlidir.

Kiyev həmçinin şəffaflığı artırmalı, hüququn aliliyini təmin etməli, dövlət müəssisələrində islahatlar aparmalıdır.

Missiyanın qənaətincə, BVF Ukraynaya 17.5 milyard dollarlıq kreditin bərpasını nəzərdən keçirəcək. Kreditin ayrılması oktyabrda dayandırılıb, səbəb korrupsiya sarıdan narahatlıq idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG