Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:49

-

«Ukrayna Hava Yolları»nın Bakıdan yeni uçuşlara başlayacağı bildirilir.

Fins.az-a şirkətin Bakı ofisindən verilən məlumata görə, iyunun 16-dan etibarən Bakı-Odessa-Bakı marşrutu üzrə yeni reys açılır.

Bu reyslərlə hər həftənin çərşənbə günləri Odessadan Bakıya, cümə axşamı günləri isə Bakıdan Odessaya uçmaq mümkün olacaq. Artıq iyunun 16-da ilk uçuşa biletlərin satıldığı qeyd edilir.

Odessaya uçmaq istəyənlər növbəti həftə, yəni iyunun 23-nə bilet sifariş edə bilərlər. Bir istiqamət üzrə biletlər 176 manatdan başlayır. Gediş-dönüş bileti sifarişi isə 260 manatdır. Bu qiymətə yalnız 7 kiloqramlıq əl yükü daxil olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG