Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

-

Son həftələr Bağdadda yüzlərlə insanın ölümünə səbəb olmuş bomba partlayışları göstərir ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşması taktikanı dəyişir. Bunu ABŞ rəsmiləri mayın 18-də deyib.

Ordu generalı, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Joseph Votel-in sözlərinə görə, qruplaşma döyüş meydanında itkilər yaşayır və paytaxtdakı partlayışların İraq liderlərinin diqqətini yayındıracağına ümid edir. Daxili böhranla üzləşmiş ölkə rəhbərliyinin döyüş meydanından qüvvələri, resursları çəkib paytaxtda təhlükəsizliyin təminatına yönəldəcəyini düşünürlər.

Ancaq Votel onu da vurğulayıb ki, İŞİD İraqda və Suriyada döyüşlərdən keçərək “xilafət” yaratmaq ambisiyasından əl çəkməyib, sadəcə, təşəbbüsü ələ almağa yollar axtarır.

Ötən həftə Bağdadda və ətrafında törədilmiş partlayışlarda 140-dan çox dinc sakin ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG