Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Misir təyyarəsini axtarırlar


Təyyarədə olanların yaxınları, Misir, 19 may

Təyyarədə olanların yaxınları, Misir, 19 may

-

Misirin milli aviaşirkəti – EgyptAir bildirir ki, Parisdən Qahirəyə uçan təyyarə mayın 19-da Misirin hava məkanına girəndən az sonra radardan itib. Təyyarədə 69 sərnişin və heyət üzvü var, 59-u sərnişindir.

EgyptAir Twitter-də yazıb ki, A320 aerobusu ilə əlaqə kəsilib, təyyarə sonuncu dəfə Aralıq Dənizi üzərində olub.

Hazırda təyyarənin axtarışları gedir. Misir ordusu təyyarənin yerini müəyyənləşdirməkdən ötrü təyyarələr və gəmilər göndərib. Axtarış Yunanıstanla birlikdə aparılır.

Misirin Xarici İşlər nazirliyi bildirib ki, Fransayla bir-birinə təyyarənin “düşməsiylə” bağlı başsağlığı veriblər.

“Təyyarənin itməsinə dair heç bir versiya istisna deyil”, Fransanın Baş naziri Manuel Valls deyib.

Martda İsgəndəriyyədən Qahirəyə uçan EgyptAir təyyarəsi qaçırılıb, Kiprə yönləndirilib, təyyarə qaçıran keçmiş arvadıyla görüş tələb edib.

Ötən oktyabrda isə Rusiyaya məxsus A321 Sinay yarımadasında qəzaya düşüb, 224 nəfər həlak olub. Həmin təyyarənin bombayla partladıldığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG