Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

-

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik mayın 18-də Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, mayın 18-də 16 partlayış yerinə baxış keçirilib. Gün ərzində 48 min 885 kvadratmetr ərazi təmizlənib.

Mayın 7-dən mayın 18-dək agentlik 1422 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar edərək zərərsizləşdirdiyini bildirir.

Həmin mərmilərdən birinin qadağan olunmuş ağ fosforlu top mərmisi olduğu bildirilir. Agentlik həmin mərmini mayın 10-da Tərtər rayonun Əskipara ərazisində aşkarlayaraq, bir gün sonra zərərsizləşdirmişdi.

Bu, daxilində 3.6 kiloqram P-4 kimyəvi tərkibli olan D-4 tipli 122 millimetrlik top mərmisidir. Hərbi mütəxəssislərin deməsinə görə, bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlərə ciddi təhlükə mənbəyi sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG