Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05

-

Mayın 18-də 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yarımfinal görüşləri olub.

Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşıb. Portuqaliya Hollandiya yığmasını 2:0 hesabı ilə məğlub edib.

Axşam saatlarında gerçəkləşən ikinci yarımfinal qarşılaşmasında isə İspaniya Almaniya yığmasını 2:1 hesabı ilə məğlub edib.

Beləliklə Portuqaliya və İspaniya mayın 21-də finalda üz-üzə gələcəklər.

Yarışlarda 16 komanda iştirak edirdi. Çempionata Portuqaliya komandasına 0:5 hesablı məğlubiyyətlə başlayan Azərbaycan komandası qrup mərhələsini adlaya bilməyib. Qrupdakı digər iki oyunda Azərbaycan Şotlandiyanı 1:0 hesabı ilə məğlub etsə də, Belçika komandası ilə isə xalları bölüşdürmüşdü. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Azərbaycan qrupda 4 xal toplamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG