Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

Krım tatar xalq şeirindən seçmələr


Krım tatarları deportasiyasının anım mərasimi

Krım tatarları deportasiyasının anım mərasimi

-

NOCAYILAR

* * *

He-e-ey!

Allah deyib, yallah deyib- ey,

Mindim ata!

Gözlərimi dikib getdim- ey.

Bir büsata!

Nə gəzirsən deyənlərə- ey,

“Öküz” - dedim!

Aradığım öküz deyil- ey,

O qız idi!

* * *

He-e-ey!

Səmalarda “qağ- qağ” edən- ey,

Qaz deyilmi?!

Oğlanları zar ağladan- ey,

Qız deyilmi?!

Qızın qoynu- ey qırx gün çillə,

Yaz deyilmi?!

Arxadakı bir sürümü

Verər olsam- ey, yaxşılarım,

Az deyilmi?! Heyyy!

* * *

Не-е-еу!

İlxıdakı seçmə atım- ey,

Rəngi bozdur!

Qaçmağını bilmirəm - ey,

Yerişi sazdır!

Öz-özümü öyürəm - ey,

Könlüm toxdur!

Mənə vurğun qızların - ey,

Sayı çoxdur!

Yaxşılar, heyyy!

***

He-e-ey!

Qarşılayıb, bir gözəl- ey,

Əl uzatdı!

Xoş gəldiniz, deyibən- ey,

Qaş oynatdı!

Əlindəki al dəsmalı- ey,

Yerə düşdü!

Gözəlliyin sormayın- ey,

Huşum uçdu!

Yaxşılar, heyyy!

* * *

He-e-ey!

O təpənin dalında- ey,

Bir göy saray!

Göy saraydan qız çıxar- ey,

Zülfün darar!

Salam verdim çevrilib- ey,

Dillənmədi!

Ağlayanda yandırdı- ey,

Onun dərdi!

Yaxşılar, heyyy!

* * *

He-e-ey!

Yeni doğmuş ay kimi- ey

Qaşları var!

Qulaca sığmaz, qucaqdan artmaz- ey

Saçları var!

Ağ buxağı, qar kimi- ey

Dişləri var!

Minilməmiş day kimi - ey

Yerişi var!

Bənzəri yox, misli yox - ey

Gülüşü var!

Yaxşılar, heyyy!

* * *

Не-е-еу!

Oturmuşdum, yalqızca- ey,

Fikir edib!

Yaradan bir Allahıma- ey,

Şükür edib!

Könül coşdu sən gözələ- ey,

Baxmaq üçün!

Gözəlimin halım- ey,

Sormaq üçün!

Al yanaqdan bir öpüş- ey,

Almaq üçün!

Yaxşılar, heyyy!

***

He-e-ey!

O təpənin ardında

İlxı otardım, ilxı - ey,

Çağladım da!

Gözəl qızlar yolunu - ey,

Bağladım da!

Qızlar qulaq aşmayanda,

İlxım sözə baxmayanda - ey,

Ağladım da!

Heyyy!

***

He-e-ey!

Dan ulduzu görünməz - ey,

Çox uzaqdan!

Qarşıma bir qız çıxdı - ey,

O yaylaqdan!

Mən bu qıza vuruldum - ey,

Canü-dildən!

Tərkimə alıb, yola saldım - ey,

Çin könüldən!

Bir yadigar yerinə - ey,

Dəsmal verdi!

Heyyy!

* * *

He-e-ey!

Al gəldim- ey, elçilərlə

Almaq üçün!

Al yaylağı başına - ey,

Salmaq üçün!

Al dırnaqlı köhləndə - ey,

Uçub gəldim!

Boy-buxuna xəzləri - ey,

Ölçüb gəldim!

Gəlin kimi bəzəyib - ey,

Toy-düyünü başlamağa

Hazır gəldim, heyyy!

Qaynaq: Folklor İnstitutu, "Türk xalqları folkloru: I kitab". Bakı: Nurlan, 2013

Günün bütün mövzuları

XS
SM
MD
LG