Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15

-

Mayın 18-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov NATO-nun Mənzil Qərargahında bu qurumun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında keçirilən görüşlərində iştirak edib.
Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə hərbi əməkdaşlıqla bağlı bir sıra məsələlərin müzakirə edildiyi bildirilir.

Səfər zamanı N. Sadıkovun NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşdüyü qeyd edilir.

Nəcməddin Sadıkov NATO-nun Mənzil Qərargahının yerləşdiyi Belçika Krallığının paytaxtı Brüsselə mayın 17-də getmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG