Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

Türkiyə terrorçuluqla mübarizə qanununu dəyişməyəcək və bu cür addım terrorçu təşkilatların artmasına səbəb olar”

Bunu mayın 18-də keçirdiyi mətbuat konfransında Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Qeyd edək ki, bu qanunun dəyişdirilməsini Avropa Birliyi tələb edir və bu Türkiyəyə qarşı viza rejiminin ləğvində 5 kriteriyadan biridir.

Amma İbrahim Kalın qeyd edib ki, Ankara hər vasitə ilə Avropa Birliyi ilə əldə olunmuş razılaşmanın yerinə yetirilməsinə çalışacaq.

Xatırladaq ki, Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona əlavə maliyyə yardımı verilməsi, Türkiyə ilə üzvlük danışıqları və vizasız rejimin tezləşdirilməsi nəzərdə tutulur.

Amma Avropa Birliyi 72 kriteriyadan 5-nin hələ də yerinə yetirilmədiyini təkid edir.

İbrahim Kalin həmçinin son günlər Suriya ilə sərhəddə yerləşən Kilis şəhərində vəziyyətin pisləşdiyini bildirib.

Qeyd edək ki, “İslam dövləti” qrupunun yaraqlıları vaxtaşırı Suriya ərazisindən bu şəhəri raket atəşinə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG