Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

-

AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində çıxarılan hökmdən yenidən kassasiya şikayəti verib.

Bu haqda Azadlıq Radiosuna iş adamının vəkili Osman Kazımov bilgi verib.

Vəkilin deməsinə görə, şikayət artıq icraata qəbul olunub. Ali Məhkəmə işə iyunun 1-də baxacaq.

İş adamı artıq ikinci dəfədir ki, Ali Məhkəməyə şikayət verir. İlk şikayətə mart ayında baxılırdı. Ancaq baxış zamanı A.Abdullayev kassasiya şikauyətini geri götürmüş, işə baxış qapadılmışdı.

İş adamının vəkili yenidən şikayət edilməsinin detallarını şərh etməyib.
İki ay əvvəl birinci şikayət də geri götürüləndə bu addım şərh edilməmişdi.

Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində O, 13 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir.

A. Abdullayev mart ayında həm də ölkə başçısına müraciət etmişdi. O, barəsində çıxarılan məhkəmə qərarlarının qanunsuz olduğunu vurğulayaraq, ölkə başçısından ona qarşı yol verilən qanunsuzluqlara son qoyulmasında yardım istəmişdi.

Onda bir çoxları düşünürdü ki, Abdulla Abdullayev bu müraciətinin müsbət nəticə verəcəyinə inandığından Ali Məhkəməyə göndərdiyi şikayəti geri alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG