Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

-

Kənd təsərrüfatında brend məhsul istehsalını formalaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada kooperativ bazarların təşkil ediləcəyi gözlənilir.

Parlamentin gündəmində olan "Kənd təsrrüfatı kooperasiyası haqqında" qanun layihəsində belə nəzərdə tutulur.

Modern.az-ın xəbərinə görə, kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək.

Xəbərə görə, layihədə qeyd olunur ki, kooperativ bazarların yaradılması və onlara torpaq sahələrinin ayrılmasını müvafiq icra haklimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcək.

Onlar ilk növbədə öz üzvlərinin tələbatını ödəməyə borcludurlar.

Həmin bzarlarda kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər şəxslərin satış etməsinə yol verilməyəcyi bildirilir.

Belə bazarların hansı effekt verəcəyi isə, hələlik, ekspertlərin özlərinə belə qaranlıq görünür.

Onlar həmin bazarların hər bayram ərəfəsində təşkil edilən yarmarkaları təkrarlaya biləcəyini güman edirlər. Ekspertlər qeyd edirlər ki, həmin yarmarkalara əsasən keyfiyyətli mallar çıxarılmırdı. Onların fikrincə, bu yarmarkalarda bazarlara nisbətən ucuz məhsullar olsa da, keyfiyyətli mal tapmaq çətin olurdu.

Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini müzakirə edib. Layihə parlamentin plenar iclasında II oxunuşda müzakirəyətövsiyə olunub.

Komitədəki müzakirələrdə qeyd edilib ki, layihə hazırlanarkən Almaniya təcrübəsi öyrənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG