Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:18

-

Mayın 18-də Nizami Məhkəməsində xuliqanlıqda ittiham olunan jurnalist və fəal Elçin Həsənovun işi üzrə prosesdə vəkil Fariz Namazlı çıxış edib.

Mayın 13-də keçirilən iclasda prokuror jurnalistin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Vəkil F.Namazlı məhkəməni E.Həsənova qarşı cinayət işini bəraətverici əsaslarla dayandırmağa çağırıb.

O qeyd edib ki, iş üzrə heç bir şahid yoxdur.

Vəkil üstəlik, yada salıb ki, zəzərçəkən də məhkəmə zalında jurnalistə qarşı iddiasının olmadığını söyləyib.

F.Namazlı qeyd edib ki, istintaq özü də E.Həsənovun işlətdiyi iddia olunan “cinayət alətini” müəyyən etməyib.

Vəkil deyib ki, cinayət təqibinin əsl səbəbi E.Həsənovun jurnalist fəaliyyəti və vətəndaş fəallığıdır.

Fariz Namazlının bildirməsinə görə, Elçin Həsənov bundan öncə də müxtəlif formada təzyiqlərə məruz qalıb, polis tərəfindən saxlanıb.

Proses mayın 25-nə təxirə salınıb. Vəkil ehtimal edir ki, həmin gün jurnalistə hökm oxuna bilər.

E.Həsənovdan heç yerə çıxmamaq, həmçinin, istintaq materiallarının açıqlanmaması barədə iltizam alınıb.

E.Həsənov hesab edir ki, o, jurnalist və müxalif fəaliyyətinə görə təqib olunur. O, Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavinidir.

Bundan əlavə, E.Həsənov AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

E.Həsənov ona qarşı cinayət işinin qaldırılmasını korrupsiya əleyhinə yazıları ilə izah edir.

Cinayət işi bir il öncə baş vermiş hadisə ilə əlaqədardır. E. Həsənov “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalması ilə bağlı (həmin şəxs hazırda zorla pul tələb etmək ittihamı ilə istintaq altındadır). şikayət edib. Sonradan bu şikayət onun özünə qarşı çevrilib.

C.Cəfərovu da E.Həsənovun şikayəti üzrə deyil, zorla pul tələb etmək iddiası ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Lakin bu ilin martında bu fakt üzrə E.Həsənovun özünə qarşı CM-in 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb.

Sonra isə adi xuliqanlıq ittihamı daha ağır maddəyə - 221.3-ə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG