Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

-

Bir qrup Krım tatarı mayın 18-də tarixi vətənlərindən deportasiyalarının növbəti ildönümünə həsr olunmuş aksiya keçiriblər.

Şəhidlər Xiyabanında toplaşan krımlılar 1918-1920-ci illərdə Bakıda bolşeviklərlə döyüşlərdə həlak olmuş türk əsgərlərinin abidəsini ziyarət ediblər.

Abidə önünə çələng qoyduqdan sonra onlar, Qarabağ döyüşlərində həlak olmuş Azərbaycan vətəndaşlarını da anıblar.

Aksiya iştirakçıları 1944-cü ildə deportasiya zamanı həlak olmuş tatarları da yad ediblər.

Turanın xəbərinə görə, aksiya başa çatdıqdan sonra Şəhidlər Xiyabanın yaxınlığına gələn Ukraynanın Bakıdakı səfirliyinin əməkdaşları onları qonaq çağırıblar. Səfir Aleksandr Mişenko ilə görüşdə Krım problemi, tarixi köklər və Rusiyanın siyasəti haqqında fikir mübadiləsi aparıldığı bildirilir.

Səfir Krımın işğalının əbədi olmayacağından və bu yarımadanın gec ya tez Ukraynanın tərkibinə qayıdacağından əmin olduğunu dediyi qeyd edilir.

Xəbərdə qeyd edilir ki, Krım tatarlarının nümayəndələri də özlərini Ukrayna vətəndaşı hesab etdiklərini təsdiq ediblər və Moskvanın imperiya siyasətini pisləyiblər. Onlar bildiriblər ki, Ukrayna Radasına bununla bağlı müraciət göndəriblər.

Daha sonra Krımın tarixi, deportasiyanın səbəbləri və böyük dövlətlərin siyasəti haqqında fikir mübadiləsi aparılıb.

1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar - bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub. Onların yarısının Sibirə və Qazaxıstana gedərkən yolda həlak olduğu bildirilir.

2014-cü ildə Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra tatarların hüquqları yenidən pozulduğu və minlərlə insanın vətənini tərk etmək məcburiyyətində qaldığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG