Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

İranla Xorvatiya əlaqələri genişləndirir


Hassan Rouhani və Kolinda Grabar-Kitarovic

Hassan Rouhani və Kolinda Grabar-Kitarovic

İranla Xorvatiya mayın 18-də ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı sənədlər imzalayıblar.

Qeyd edək ki, Xorvatiya prezidenti Grabar Kitaroviç mayın 17-də İran prezidenti Hassan Rohaninin dəvəti ilə Tehrana ikigünlük rəsmi səfərə gedib.

Mayın 18-də İran prezidentinin iqamətgahında liderlərin görüşündən sonra İran və Xorvatiya rəsmiləri bir sıra razılaşmalar və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Qeyd edək ki, İran yanvarda ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra Avropa ölkələri ilə əlaqələri genişləndirməyə başlayıb.

Bundan sonra Tehran təkcə Fransa və İtaliya ilə çoxmilyardlıq müqavilələr imzalayıb.

Hazırda ölkə gün ərzində 4 milyon barrelə yaxın neft ixrac edir ki, bu sanksiyalardan əvvəlki həddə yaxınlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG