Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

Venesuela müxalifəti ümummilli etiraz aksiyalarına çağırıb.

Müxalifətin ötən həftə Karakasda keçirdiyi mitinq hərc-mərcliklə başa çatıb, əsgərlər kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Müxalifət mayın 18-də yenidən etirazlara çağırıb.

Müxlifət lideri Enrike Kapriles sakinləri fövqəladə vəziyyət rejiminə tabe olmamağa çağırıb.

Prezident Nikolas Maduro ağır iqtisadi böhran fonunda ötən cümə günü onu daha 60 gün uzadıb.

Kapriles 2013-cü ildə keçirilən seçkidə Madurodan cəmi 1,5 faiz geridə qalıb.

O indi prezidentin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı referendumun əsas tərəfdarlarından biridir”

“ Əgər Maduro bu qərarı həyata keçirmək istəyirsə, onda küçələrə tanklar çıxarmağa hazır olmalı, buna hərbi aviasiyanı da cəlb eləməlidir. Çünki biz bu fərmanı tanımayacağıq”,deyə o bildirib.

Prezident Maduro isə yaranmış vəziyyətə görə Vaşinqtonu və burjaziyanı günahlandırır.

O müxalifətin çoxluq təşkil etdiyi parlamentin tezliklə dağılacağını deyir:

“Milli Assambleya legitim deyil vəhesab edirəm ki, bu yalnız zaman məsələsidir. Parlament xalqın maraqlarından uzaqlaşıb və əminəm ki, deputatlar fövqəladə vəziyyət rejimi ilə bağlı fərmana veto qoyacaq. Çünki onlar ölkə iqtisadiyyatını məhv etmək istəyirlər”,deyə prezident bildirib.

Ölkədə mağazaların qarşısında ağılagəlməz növbələr yaranıb. İnsanlar düyü, un və toyuq almaq ümidi ilə gecədən səhərə kimi növbə gözləyirlər.

Milli qvardiyanın əsgərləri vəziyyətə kənardan nəzarət edirlər.

3 il bundan əvvəl ölkə əhalisinin yarıdan çoxu keçmiş avtobus sürücüsü, həmkarlar ittifaqının lideri və keçmiş prezident Uqo Çavesin davamçısı Maduroya səs verib.

Amma onun reytinqi hər gün aşağı düşür. İnsanlar neçə aylardır ki, infilyasiya, elektrik, su, dərman və ərzaq qıtlığından əziyyət çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG