Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03

►Komitə sədri bunu mentalitetə zidd sayır

“Son vaxtlar ölkədə vətəndaş nikahlarının sayı artır. Belə nikahlar bu gün dəb halını alıb”.

APA-nın xəbərinə görə, bunu parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. Ancaq o, rəqəmlər açıqlamayıb.

Komitə sədri bunun ziyanlı olduğunu ifadə edib.

“Bu ümumiyyətlə, bizim mentalitetə uyğun gəlmir. Belə münasibətlərin nəticəsində qadın övladı ilə birlikdə evsiz-eşiksiz qalır”.

Təcavüz halları gizlədilir

A. Naxçıvanlı həmçinin, ölkədə təcavüz hallarının gizlədilməsindən danışıb.

“Azərbaycanda təcavüz halları gizlədilir. Bu mentalitetlə bağlıdır. Təcavüzə məruz qalan qadınlar polisə müraciət etmək istəmirlər. Onlar hesab edir ki, bu problemi öz gücləri ilə aradan qaldıra bilərlər” - deyən komitə sədri ölkədə qadınlara qarşı baş vermiş cinayətlərin statistikasının təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edib.

Polisdə qadınlar da işləməlidir, çünki...

Komitə sədri deyib ki, polisdə qadınlar da işləməlidir:

“ Polis şöbələrində kişilərlə birgə ailə daxili məsələlərlə məşğul olan qadınlar da çalışmalıdır. Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG