Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Rusiyanın Ədliyyə Nazirliyi Federal penitensiar xidmətdən ukraynalı pilot Savchenkonun ölkəsinə verilməsi ilə bağlı sənədlər alıb.

Bu barədə RİA Novosti ədliyyə naziri Aleksandr Konovalova istinadla xəbər verir.

Penitensiar xidmət mayın əvvəllərində Ukraynadan Savchenkoya kəsilmiş hökmün icrası ilə bağlı təminat tələb edirdi.

Savchenko Rusiyada 22 il azadlıqdan məhrum edilib.

O Ukraynanın şərqində 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.

Savçhenko ittihamı rədd edir və 2014-cü ildə Luqansk ətrafında rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.

Qeyd edək ki, Savchenko Ukraynaya verilməsi ilə bağlı lazımı sənədləri hələ aprelin sonlarında doldurub.

O Ukraynada terrorçuluq ittihamı ilə mühakimə olunan rusiyalılar Yevgeni Erofeev və Aleksandr Aleksandrova dəyişdirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG