Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:31

Peşəkarlar və həvəskarlardan ibarət 3 minədək adam Ginnesin rekordlar kitabına düşmək üçün paytaxtdakı “Florida” meydanına toplaşıblar.

Hazırda rekord şotlantlardadır. Onlar bunun üçün ötən il 105 saat top qovmalı olublar.

Çilililər isə bunu 120 saata qaldırmaq fikrindədirlər.

“Zənnimzə bu çox yaxşı yarışdır.Bu ,əlbəttə dəlilikdir, amma ümid edirəm ki, bunu sona çatdıracağıq. İrəlidə hələ xeyli saatlar, xeyli günlər var. Amma oyunçular və həvəskarlar peşəkarlarla bir araya gəlmək üçün meydana çıxmağa tələsirlər”,Çili millisinin qapıçısı Kristofer Toselli deyir.

Məsələn belə fəallardan biri-mühəndis Alvaro Valensuelo deyir: “ Bu gözəl təcübədir, düzdür. Mən ümumiyyətlə idmanla məşğul olmasam da bu şəxsən mənim üçün xeyirli olacaq. Bu sadəcə unikal, çox dəyərli bir imkandır, belə təşəbbüslər kaş ki, çox olardı”.

Plana görə hər bir iştirakçı meydanda azı 1 saat vaxt keçirməlidir, götürəndə bu elə də çətin deyil.

Amma oyunun sonlarında kütləvi fərrarilik yaransa məsələ qəlizləşə bilər.

Ginnesin ekspertləri oyunun başlanmasını qeydə alıblar. Amma onların da işi asan olmayacaq-cünki 5 gün fasiləsiz eyni oyuna baxmalı olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG