Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

Çilidə 5 günlük futbol görüşü keçirilir.

Peşəkarlar və həvəskarlardan ibarət 3 minədək adam Ginnesin rekordlar kitabına düşmək üçün paytaxtdakı “Florida” meydanına toplaşıblar.

Hazırda rekord Şotlantlardadır. Onlar bunun üçün ötən il 105 saat top qovmalı olublar.

Çilililər isə bunu 120 saata qaldırmaq fikrindədirlər.

“Zənnimzə bu çox yaxşı yarışdır.Bu ,əlbəttə dəlilikdir, amma ümid edirəm ki, bunu sona çatdıracağıq. İrəlidə hələ xeyli saatlar, xeyli günlər var. Amma oyunçular və həvəskarlar peşəkarlarla bir araya gəlmək üçün meydana çıxmağa tələsirlər”,Çili millisinin qapıçısı Kristofer Toselli deyir.

Məsələn belə fəallardan biri-mühəndis Alvaro Valensuelo deyir: “ Bu gözəl təcübədir, düzdür. Mən ümumiyyətlə idmanla məşğul olmasam da bu şəxsən mənim üçün xeyirli olacaq. Bu sadəcə unikal, çox dəyərli bir imkandır, belə təşəbbüslər kaş ki, çox olardı”.

Plana görə hər bir iştirakçı meydanda azı 1 saat vaxt keçirməlidir, götürəndə bu elə də çətin deyil.

Amma oyunun sonlarında kütləvi fərrarilik yaransa məsələ qəlizləşə bilər.

Ginnesin ekspertləri oyunun başlanmasını qeydə alıblar. Amma onların da işi asan olmayacaq-cünki 5 gün fasiləsiz eyni oyuna baxmalı olacaqlar.

ABŞ-ın Men ştatındakı Portlend şəhərinin üzərindən Meteorit keçib.

Bunu polis maşınındakı yeganə müşahidə kamerası tuta bilib.

Serjant Farris maşınını əsas yanğınsöndürmə idarəsinin qarşısında saxlayaraq sürəti qaldıran sürücüləri güdürmüş.

Amma əvəzində uzaq dünyadan gələn bu əcnəbi cismi tutub.

Çərşənbə axşamı səhər saat 5 radələrində maşındakı yol-müşahidə kamerası yanar,şəfəqli obyektin uçuşunu qeydə alıb.

Mütəxəssislər hələ ki, təsdqləməsələr də ən ağılabatan versiya Meteoritdir.

Amma Men polisinin “Feysbuk” səhifəsində buna şübhəylə yanaşanlar da var.

Məsələn hüquq-mühavizə orqanlarından yazırlar ki, bu başqa planetdən gələn kosmik gəmi də ola bilər və əgər belədirsə, gəlin ümid edək ki, əcnəbilər özlərini yaxşı aparacaqlar.

Meteoritləri araşdıran cəmiyyətə insident barədə 9 ABŞ ştatı və 2 Kanada əyalətindən artıq 400-dən çox informasiya daxil olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG