Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

Pakistanda danışıqlar başlanıb


Əfqanıstanda törədilmiş hücumlardan birinin qurbanları dəfn olunur, arxiv fotosu

Əfqanıstanda törədilmiş hücumlardan birinin qurbanları dəfn olunur, arxiv fotosu

-

Mayın 18-də Pakistanda əfqan sülh danışıqlarının bərpasını hədəfləyən dördtərəfli görüş başlanıb. Məqsəd Talibanla Əfqanıstan hökuməti arasında çoxdan dayanmış danışıqları bərpa etməkdir.

Pakistanın Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlar İslamabadda keçiriləcək, ancaq detalları açıqlamayıb.

Əfqanıstanın Pakistandakı səfiri Omar Zakhilwal Azad Avropa/AzadlıqRadiosunun Azad Əfqanıstan Radiosuna bildirib ki, o, Kabili təmsil edəcək və görüşə Pakistan, ABŞ və Çin təmsilçiləri də qatılacaq.

Taliban hökumət qüvvələrinə qarşı yaz hücumuna başlayandan proses dalana dirənib. Taliban Kabillə birbaşa danışıqlar üçün ilkin şərt kimi bütün xarici qüvvələrin Əfqanıstandan çıxmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG