Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

-

«Azərbaycanda iri supermarket şəbəkələri ərköyünlük edir».

APA-nın xəbərinə görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.

«2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Hətta 40 dəfə aşağı göstərənlər var. ƏDV istehlak vergisidir. Bunun iri supermarket şəbəkələrinə aidiyyəti var. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək? Bunu hansı yolla kompensasiya etmək olar? Bizə misal çəkirlər. Bəzi ölkələrdə kənd təsərrüfatı məhsullarına ƏDV tətbiq olunmur. Bu, çox diletant yanaşmadır. Axı həmin ölkələrdə kənd təsərrüfatında güzəştlər yoxdur», - deyə nazir müavini qeyd edib.

Bir müddət öncə iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsini istəmişdilər. Onlar deyirdilər k, əks halda ixtisar və qiymət artımı qaçılmazdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG