Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:38

“Rus bankları Ukraynadan getmək istəyir”


Fevralda Lvovda Sberbank ofisinə hücum olmuşdu

Fevralda Lvovda Sberbank ofisinə hücum olmuşdu

-

“Sberbank, VTB, Vneshnoekonombank Ukraynadakı filiallarını satmaq fikrindədir”. Bu barədə Rusiyanın “Kommersant” qəzeti mənbələrə istinadla yazıb.

VTB bankının prezidenti Andrey Kostin deyib ki, bu niyyət bankın verdiyi böyük itkilərlə bağlıdır, həm də kreditləri qaytarmırlar. Digər tərəfdən, Ukraynada rus bankları məsələsi çox siyasiləşib və vandalizm hərəkətləri baş verir, bank bildirir.

Ancaq Ukrayna Milli Bankının məlumatına görə, bu bankların filiallarını bağlamağa obyektiv iqtisadi səbəbləri yoxdur, ziyanı azaldıblar, Sberbank hətta gəlir əldə edib.

Ekspertlər Rusiya banklarının niyyətini siyasi amillə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG