Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08

-

ABŞ-ın “The New York Times” qəzeti yazır ki, ABŞ Ədliyyə Departamenti rusiyalı atletlərin dopinqdən istifadəsi və bunda dövlətin iştirakı barədə iddiaları araşdırır.

Qəzetin yazdığına görə, prokurorluq orqanı dopinq məsələsində hökumət rəsmilərinin, məşqçilərin, atletlərin rolunu araşdırır.

Bu arada Rusiya idmançılarına qarşı dopinq iddiaları səngimir. Ötəm həftə keçmiş rusiyalı rəsmi 2014-cü il Soçi olimpiadasında atletlərin dopinqli nəticələrinin necə ustalıqla gizlədilməsindən danışırdı.

Rusiyanın idman naziri bu qalmaqala görə üzr istəyib, atletlərin bu yay Rio Olimpiya Oyunlarına buraxılmasını xahiş edib.

Azad Avropa/AzadlıqRadiosu Ədliyyə Departamentindən şərh ala bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG