Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:18

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 123 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.
Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərindən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərinin, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Mərzili, Yusifcanlı və Nəmirli kəndləri də hədəf seçilib.

Bundan başqa, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələrinin vurulduğu qeyd edilib.

Müdafiə Nazirliyi bildirib ki. Azərbaycan Silahlı Qüvvələri də qarşı tərəfə zərbələr endirib.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG