Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27

-

Mayın 20-də Tbilisidə gey hüquqları uğrunda mübarizə aparan fəallar məhkəməyə çıxarılacaq. Onlar vandalizm və polisə müqavimətdə ittiham olunur.

Fəallar mayın 16-da saxlanıblar, guya Tbilisidə inzibati binaların divarlarını homoseksualların simvolu olan göy qurşağının rənglərinə boyamaq istəyiblər.

Mayın 17-də hazırlıq iclasından sonra fəallar buraxılıb və məhkəmənin vaxtı təyin olunub.

LGBT fəalları elan etmişdilər ki, mayın 17-də Homofobiya ilə mübarizə günündə gey parad keçirməyəcəklər. Bunu hüquq-mühafizə orqanlarının təhlükəsizliklərinə təminat verməməsilə izah ediblər.

2013-cü ildə gey parad təşkil etmək istəyənlər antigey qruplarının üzvləri tərəfindən döyülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG