Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

BMT-dən Rusiyaya tatar çağırışı


Krım tatarları deportasiyanın 70 illiyini qeyd edir, 2014-cü il

Krım tatarları deportasiyanın 70 illiyini qeyd edir, 2014-cü il

-

BMT Rusiyanı milli azlıqların hüquqlarına sayqı göstərməyə çağırır. Bu çağırış mayın 18-də, sovet diktatoru Joseph Stalin-in 1944-cü ildə Krımdan tatarların kütləvi deportasiyasının ildönümünə həsr olunur.

BMT-nin İnsan Haqları üzə Ali Komissarı Rupert Colville deyib ki, Rusiyanın Krımı ilhaq etdiyi iki il ərzində tatarlar təqibə məruz qalıb, qorxudulub, qısnanıb, tatar rəsmiləri həbsə atılıb.

“2014-cü ilin aprelindən bəri Krım tatarları özbaşına axtarışlara məruz qalır, kitabları müsadirə olunur, həbs edilirlər”, o, mayın 17-də yaydığı bəyanatda deyir.

Açıqlamada vurğulanır ki, ötən il Krım tatarlarının bir neçə media orqanı bağlanıb, ötən həftə isə Azad Avropa/AzadlıqRadiosunun Krım xəbərləri saytı bloklanıb.

Colville Rusiyanı Krım tatar məclisinə qadağanı aradan qaldırmağa çağırır.

1944-cü il mayın 18-də 200 min Krım tatarı qatarlara doldurularaq Özbəkistana göndərilib. Minlərlə tatar yolda həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG