Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:29

Finalçılar bəlli olur


Futbol
Futbol

-

Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının finalçıları bəlli olacaq.

Finala gedən yolda Portuqaliya Hollandiya, Almaniya isə İspaniya yığması ilə qarşılaşacaq. Hər iki görüş «Dalğa Arena»da keçiriləcək. Portuqaliya-Hollandiya oyunu saat 15:00-da, Almaniya-İspaniya qarşılaşması isə 20:00-da başlayacaq.

Yarışlarda 16 komanda iştirak edirdi. Çempionata Portuqaliya komandasına 0:5 hesablı məğlubiyyətlə başlayan Azərbaycan komandası qrup mərhələsini adlaya bilməyib. Qrupdakı digər iki oyunda Azərbaycan Şotlandiyanı 1:0 hesabı ilə məğlub etsə də, Belçika komandası ilə isə xalları bölüşdürmüşdü. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Azərbaycan qrupda 4 xal toplamışdı.

Final görüşü mayın 21-də «Bakcell Arena»da baş tutacaq.

XS
SM
MD
LG