Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

Laçının işğalı günü


Laçın
Laçın

-

Bu gün Azərbaycanın Laçın rayonunun işğalından 24 il keçir.

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər.

Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi qeyd edilir. 300-ə yaxın insanın həlak və ya girov götürüldüyü deyilir. 64 min nəfər məcburi köçkünə düşüb.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bütün tarixi-mədəniyyət abidələrinin talan edildiyi deyilir.

Bu rayonun əhəmiyyətli strateji mövqeyinin olduğu da bildirilir. Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında koridor rolunu oynayır.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG