Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Pəhləvilərin rəsm xəzinəsi ilk dəfə dünya nümayişinə çıxır


Iran mədəniyyət naziri amerikalı rəssam Jackson Pollock'un "Qırmızı hind torpağında mural"(1950) rəsminə baxır, Tehran Müasir İncəsənət Muzeyi

Iran mədəniyyət naziri amerikalı rəssam Jackson Pollock'un "Qırmızı hind torpağında mural"(1950) rəsminə baxır, Tehran Müasir İncəsənət Muzeyi

-

Azərbaycanlı rəssam A.Ağdaşlının ekspertliyi ilə Fərəh Pəhləvinin 1970-ci illərdə satın aldığı rəsmlər...

İranın sonuncu şahı Rza Pəhləvinin (Reza Pahlavi) dövründə toplanmış dünyanın ən zəngin modern art kolleksiyalarından biri bu ilin sonunda ilk dəfə dünya nümayişinə çıxacaq, alman mədəniyyət rəsmiləri xəbər yayıblar ki, sərgi Berlində olacaq.
Bu kolleksiya ABŞ və Avropadan kənarda çoxlu modernist şah əsərləri ehtiva edən ən böyük kolleksiyadır. Vaxtilə şahın arvadı Fərəh Pəhləvi (Farah Pahlavi) bu əsərləri topalamaq üçün xüsusi bir qurum yaratmış, o qurumun işini azərbaycanlı rəssam Aydın Ağdaşlıya (Agdashloo) həvalə etmişdi.

Kolleksiyada Pablo Picasso, Joan Miro, Andy Warhol, Jackson Pollock, Mark Rothko, Francis Bacon'un əsərləri, bu müəlliflərin ümumilikdə 300 əsəri var. Bu, dünyada unikal kolleksiya hesab olunur, 1979-cu ilin İslam inqilabında Pəhləvilər devrildikdən sonra bu əsərlər İrandan kənarda nümayiş etdirilməyib.

Ötən il Tehran Müasir İncəsənət Muzeyi F.Pəhləvinin 1970-ci illərdə satın aldığı 42 əsər üçün sərgi keçirmişdi. Sərgidə Warhol ("İntihar" əsəri) və Pollock'un Christie Auksionu tərəfindən biri 250 milyon ABŞ dolları qiymətləndirilən nadir əsərləri vardı. İran bu əsərləri satmayacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG