Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

-

İran iqtisadiyyatını dirçəltməkdən ötrü neft gəlirlərindəki sıçrayışa bel bağlamamalı, qlobal iqtisadiyyata qoşulmağın digər fürsətlərini axtarmalıdır. Belə bir xəbərdarlıqla Beynəlxalq Valyuta Fondunun rəsmisi çıxış edib.

“Bu gün İran iqtisadiyyatı üçün həlledici bir məqamda danışıram”, BVF-nin direktor müavini David Lipton mayın 17-də İran Mərkəzi Bankındakı çıxışında deyib. O, Tehranda ikigünlük səfərdədir. “Mühüm sanksiyalar aradan qaldırılıb, ölkənizin qlobal iqtisadiyyata inteqrasiyasını dərinləşdirmək fürsəti yaranıb”.

İrana sanksiyalar yanvarda qaldırılıb. O vaxtdan İran neft hasilatını gündə 4 milyon barrelə yaxınlaşdırıb ki, bu da sanksiyalardan öncəki səviyyə deməkdir.

Lipton deyib ki, neftin ucuzlaşması İran iqtisadiyyatının qazancını, büdcə gəlirlərini məhdudlaşdıracaq. O, İranı Çin, Latın Amerikası, Şərqi Avropa ölkələrinin yoluyla getməyə çağırıb. Həmin ölkələr iqtisadiyyatlarını şaxələndirmək məqsədilə azad bazar islahatları həyata keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG