Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

-

Rusiyanın dörd ağırlıqqaldıranı dopinq qəbuluna görə yarışlardan kənarlaşdırılıb. Ötən noyabrda Hyustonda dünya rekordunu təzələmiş Aleksei Lovchev-ə qadağan olunmuş ipamorelin qəbuluna görə 4 illik qadağa qoyulub. Məlumatı Rusiyanın Ağırlıqqaldırma Federasiyası mayın 17-də yayıb. İdmançının həmin yarışmada qazandığı qızıl medal isə Gürcüstandan olan Lasha Talakhadze-yə veriləcək, dünya rekordu ləğv olunacaq.

Digər ağırlıqqaldıranlar Aleksei Kosov, Olga Zubova və Olga Afanasyeva da steroid qəbuluna görə cəzalandırılıblar.

Federasiya bildirib ki, Rio Olimpiadası öncəsi Lovchev-ə qadağa qoyulmasından şikayət verəcək, qurum bunu laboratoriya analizinin səhvi adlandırıb. Ancaq digər sanksiyalar mübahisələndirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG